Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KƏŞF

is. [ər.] 1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. Ibtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi. - [Fərhadoğlu:] Biz bu mədən sularının kəşfində böyükhəyat mənası axtarırıq! S.Rəhimov. Geoloqlarımız ən dərin təbəqələrin kəşfi üçün lazımi tədqiqat aparırlar. M.Hüseyn. // Tədqiqat, axtarışlar nəticəsində tapılmış, aşkara çıxarılmış şey. Elmi kəşfi. Texnika sahəsində yeni kəşf □ Kəşf edilmək (olunmaq) “kəşf etmək” dən məch. Kitabla kəşfedilir; Qiymətli dəfinələr. M.Seyidzadə. Kəşfi edə bilməmiş alimlər bunu; Insan varlığının ilk duyğusunu. S.Vurğun. Kəşf etmək - tədqiqat, axtarışlar, müşahidələr nəticəsində tapmaq, aşkar etmək, meydana çıxartmaq, açmaq, müəyyən etmək. Kəşf etdiyim zaman
bir yeni qaynaq; Sinəmdə çırpışan ləkəsiz ürək; Açılır gül kimi fərəhlənərək. R.Rza. // məc. Bilmək, duymaq, hiss etmək, başa düşmək. Dibi görünməyən ümman göstərin; Baş vurum; Kəşf edim dərinliyini. B.Vahabzadə. Kəşf qılmaq köhn. - axtarıb tapmaq, müəyyən etmək. Kərəmin Əsli ilə yaz vəslin; Kəşf qıl Əsli xanımın əslin. S.Ə.Şirvani. Kəşf olmaq - aşkar olmaq, açılmaq, məlum olmaq. Heç fayidəbəxş olmadı tədbirlərim, heyf! Kəşf oldu bütün aləmə təqsirlərim, heyf. M.Ə.Sabir.
2. Kəşfiyyat. Kəşfə göndərdiyim adamlar qayıdıb Laçının dediklərinin doğru olduqlarını söylədilər. H.Nəzərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....