Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏSMƏ1
1. “Kəsmək” dən f.is. [Cahangir ağa:] Pəricahan, atanın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş. S.S.Axundov. □ Kəsmə əlifba - tədris məqsədi ilə müxtəlif formalarda kəsilmək üçün düzəldilmiş əlifbadan ibarət əyani vasitə. Bəzi məktəblərimizdə uşaqlar hərfi tanıya bilmir, kəsmə əlifba üzərində işləmirlər. M.İbrahimov. Kəsmə yol (cığır) - kəsə yol, yaxın yol, ən qısa yol. Nəbi atını minib başqa kəsmə yollarla özünü yoldaşlarına yetirir. “Qaçaq Nəbi”. [Dursun:] Bu yolların qurdu deyilmiyəm? Kəsmə cığır ilə gedərəm! - dedi. Şaiq. [İkinci işçi:] Gəl buradan kəsməyol ilə gedək, evə tez yetişərik. S.Rəhman.
Sif mənasında. Kəsilmiş, kəsik. Göstərdilər Xaqana; Kəsmə telli bir qızı. Ə.Cavad.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....