Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏSKİN
sif 1. İti. Kəskin qılınc. - Meydan görmüş atı olsa; Zülfüqarı kəskin olur. “Koroğlu”. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm. S.Rüstəm.
məc. Şiddətli, güclü, təsiredici. Havada kəskin şaxta olmasa da, soyuq bir külək vardı. M.İbrahimov.
Çox güclü, şiddətli. Fərş eylədiyim sinəmi hər gün qədəmində; Kəskin təməim süfrədəki nanın üçündür. M.Ə.Sabir. Onun solğun yanaqlarında qəribə bir qızartı, gözlərində isə kəskin parıltı qaynayırdı. Ə.Əbülhəsən. Hiss orqanlarına güclü təsir edən; qıcıqlandırıcı. Kəskin qoxu. Ətrin kəskin iyi. Günəşin kəskin şüaları. // Güclü, çox bərk. Kəskin ağrı. Kəskin sızıltı. // Sürətlə və güclü keçən, daimi olmayan (xəstəliklər haqqında).
məc. Aydın, olduqca yaxşı nəzərə çarpan, görünən. Üzün kəskin cizgiləri. Kəskin boya. Kəskin nəzərə çarpmaq. // Birdən-birə baş verən, çox böyük, ciddi. Kəskin dəyişiklik. Havalar kəskin surətdə soyudu.
Gərgin, ağır. Kəskin vəziyyət. Münasibət kəskindir.
məc. Qaba, kobud, nəzakətsiz, incəlikdən məhrum. Kəskin cavab. Kəskin söz (ifadə). Çox kəskin (z.) danışmaq. // məc. Sərt, amansız, qəti, təsirli. Kəskin tənqid. Əsərə kəskin rəy vermək.
məc. Nüfuzedici, iti. Kəskin baxış. - Kəskin nəzərlə baxmaq.
məc. Çox inkişaf etmiş, çox incə, çox həssas; iti (qulaq, göz, hafizə və s. haqqında). Çox kəskin hafizəsi var. // məc. Ağıl, zəka, idrak haqqında. Kəskin zəkası var. Uşağın çox kəskin zehni var.
məc. Qəti, tərəddüdsüz. Məsələ kəskin (z.) qoyulur. - Araz bu sözləri o qədər qəti və kəskin bir səslə dedi ki, Əlisəfa .. artıq bir söz demədi. A.Şaiq. Gözəl simalı, qəti baxışlı və kəskin sözlü bu gənc hamının hüsntəvəccöhünü qazandı. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....