Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏSALƏT
is. [ər.] Fəaliyyətsizlik, hərəkətsizlik; ölgünlük, süstlük, əzginlik, kefsizlik. Çox yatmaq kəsalət gətirər. (Ata. sözü). Bu nə heyrət, bu nə xəcalətdir; Səndə, axır, bu nə kəsalətdir? S.Ə.Şirvani. Nə kəsalətlə iş görürsən sən; Niyə bunca ağır hörürsən sən? M.Ə.Sabir. Dağıldı qəmləri, üzləri güldü; Bayaqkı kəsalət tamam töküldü. H.K.Sanılı. Kəsalət basmaq - ağırlaşmaq, süstləşmək, tənbəllik basmaq. Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb, daha cənnəti səyahət etmək həvəsindən düşdüm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....