Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏS
əvəz. [fars.] Şəxs, adam, kimsə. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər.. Məmmədquluzadə. [Məstur:] Yad kəsə bağlıdır bütün yollar; Buna, zənnimcə, bircə tədbir var. A.Şaiq. □ Bir kəs - bir adam, kimsə. [Leyla:] Bir kəsim varsa mənim; Harun, yenə sənsən və sən. Ü.Hacıbəyov. [Leyla xanım:] Bir kəs yoxdur, qardaş, təkəm.. N.Vəzirov. [Hacı:] Baxdım, yox idi yaxında bir kəs; Gəldi qulağıma bir həzin səs. C.Cabbarlı. Heç kəs - kimsə, heç kim, bir nəfər də, bir adam da. Otaqda heç kəs yoxdur. Küçələrdə heç kəs yox idi. Heç kəsə bir söz demə. - [Hacı Murad:] ..Heç kəsi buraya qoymazsan. S.S.Axundov. Nə qədər ki, Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Hər kəs hər bir adam, hər biri, hər şəxs. Hər kəsdən bacarığına görə, hər kəsə tələbinə görə. // Hamı. Oğul atasının təbiətini hər kəsdən yaxşı bilirdi. S.Rəhimov; 2) kim, hər kim. Xalq ilə hər kəs necə rəftar edər; Haqq onu ol dərdə giriftar edər. A.Səhhət. Hər kəs baxıb həqiqətdə, əncir ağacının dibində şamın yandığını görürdü.. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....