Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏRPİC
is. Düzbucaq şəklində qəliblənmiş (bişmiş və ya çiy) gildən hazırlanan tikinti materialı. Kərpic istehsalı. Kərpic kəsmək. Çiy kərpic. Bişmiş kərpic. Qırmızı kərpic.
Bu qala bizim olaydı; Kərpici qızıl olaydı; Yara qonaq gedəndə; Gecələr uzun olaydı. (Bayatı). [Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal. // Kərpicdən tikilmiş, kərpic döşənmiş. Kərpic ev. Kərpic döşəmə. Kərpic divar. - İmran kişi atını ağaca bağlayıb, kərpic cığırla kolxoz idarəsinə yanaşdı. M.Hüseyn. // dan. Kərpic şəklində olan, kərpicə oxşayan. Kərpic çörək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla