Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KƏRAMƏT

is. [ər.] 1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq. ..Bəlkə ağanın fiəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Kəramət etmək (qılmaq, buyurmaq) köhn. - lütf etmək, bağışlamaq, vermək. [Pəri xanım Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. M.F.Axundzadə. Kəramətə gəlmək - səxavətə gəlmək, əliaçıqlıq göstərmək; lütf etmək.
2. köhn. Müsəlmanların təsəvvürünə görə, övliyalardan, Allahdan və b. müqəddəslərdən sadir olan bəzi xariqüladə işlər, ecazkar qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini bilirəm. (Ata. sözü). Ağlamaq möminin əlamətidir; Nəbinin dininin xoş adətidir; Əgər bilsən həqqin kəramətidir; Ta gedincə nuri bəsər ağlarsan! M.V.Vidadi. [Xortdan:] Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....