Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏNİZ
is. [fars.] köhn. 1. Xidmətçi qız, qulluqçu. Evin kənizi. - Bir gün Mehriban Soltanın kənizlərinə xəbər gəldi ki, filan küçəyə bir bazirgan gəlib. “Lətif şah”. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm, qızım da kənizinizdir. Ə.Haqverdiyev. [Yetər:] Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi. N.Vəzirov. // Qədimdə: kölə kimi bağışlanan qız (qadın), qul qız (qadın); cariyə. Çaydır, dənizdir; Quldur, kənizdir; Balam hər nədir; Mənə əzizdir. (Bayatı). Taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdilər. M.S.Ordubadi. Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu bu xaraba kənddən öz sarayına dəvət edir və ən gözəl kənizini ona hədiyyə göndərir. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....