Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏNDİSTAN
is. 1. Kənd, kənd yeri. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Kəndistan yeridir, bəli, kəndistan. S.Vurğun. [Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarmı? Düşünürsən ki, [Əntiqə] bəşər cinsi deyil nədi, özü də kəndistan yerində. Mir Cəlal. ..Daima qardaşdır Bakı kəndistan. Z.Xəlil. Kənd əhli, kəndlilər. [Nizami:] Mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, “üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi. Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi”. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....