Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KƏMCÜRƏT

sif [fars. kəm və ər. cürət] Az cürətli (cəsarətli), cürətsiz, cəsarətsiz, qorxaq. - Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur; O ki bir parası kəmcürət olur; Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. ..Bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olur(lar).. F.Köçərli. // İs. mənasında. Cürətli şəhər alar; Kəmcürət küncdə qalar. (Ata. sözü). [Seyid:] Pah, oğlan, bəs sən belə kəmcürətmişsən? Mən səni belə bilmirdim... E.Sultanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....