Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏM1
sif və zərf[fars.] 1. Az. Yağış yağdı, nəm qaldı; Qəlyan keçdi, dəm qaldı; Bağçada bar bol idi; Dolu vurdu, kəm qaldı. (Bayatı). [Usta Kərbəlayıya:] Etiqadın kamildir, ruzin kəm! Çəmənzəminli. □ Kəm etmək (qılmaq) köhn. - azaltmaq, əskiltmək, əskik etmək. Ol ləhzə həm etmə şəfqətin kəm. Füzuli. Kəm gəlmək - əskik olmaq, əskik gəlmək, çatmamaq. Onda kəm gələn qızılı Ələmdar bu uğultulu şəhərin harasından tapa bilərdi? S.Rəhimov. Kəm olmaq - azalmaq, çatışmamaq, kifayət etməmək. // Əskik olmaq. Evlər yıxan ola daneyi-xalı; Bir dəm kəm olmaya məndən xəyalı. Qurbani. [Sayalı:] Iltifatın kəm olmasın! Mir Cəlal.
Nöqsanlı, az, çatışmayan. Aşıq deyər Əlidən; Sözün başlar bəlidən; Ağlı kəm canana bax; Küsübdür mən dəlidən. (Bayatı). Ağıldan kəm, huşdan çaşqın, dil qanmaz; Şərm etməz qonaqdan, ölməz, usanmaz. Aşıq Ələsgər. // Alçaq, rəzil, yaramaz, pis. Var mərdə qul ol, aşıq; Kərəm umma kəm ərdən. Sarı Aşıq.
məc. Pis, qaba, kobud, xoşagəlməz. Qəzəblənmiş sərkar Alagözü təzəcə yanan lampa işığında başdan-ayağa süzüb: - Sən çox kəm danışırsan, xanım! A.Şaiq.
Aşağı, əskik. Key nəşeyi-eşqdən vuran dəm! Məcnunu sağınma Leylidən kəm! Füzuli. Mənim yarım deyil ol Kəbədən kəm. M.P.Vaqif.
□□ Kəm baxmaq - pis nəzərlə baxmaq, əyri baxmaq, kəc baxmaq. Mən fələkə neylədim; Fələk mənə baxdı kəm? H.K.Sanılı. Mən yazığın yenə yatıbdır baxtı; Kəm baxdı dostuna, evini yıxdı. Aşıq Hüseyn. Ona görə bu dostluğu kəsmişəm; Kəm baxırsan üzbəüzə gələndə. Aşıq Əziz. Kəm tutmaq saymamaq, etinasızlıq göstərmək. Tutma kəm, kim çox kərəmdir həm əzimü-şan sənə; Fəxr qıl, kim padişahlardan gəlir paşaya kürk. M.P.Vaqif. Qəmin kəm - “eybi yoxdur, fikir eləmə, düzələr”, yaxud “bəxtindir” mənalarında. [Əlibaba:] Axtar, nəçənnik, taparsan, qəmin kəm. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla