Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏLMƏ
is. [ər.] 1. Söz. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi.. onu dinləyirdi. A.Şaiq. [Səfərəli:] Bizim Istanbulda böylə kəlmələr işlənməz. H.Nəzərli. [Fərman müəlliminin] ..dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq. □ Kəlmə(si)kəlməsinə - bax kəlməbəkəlmə. Kəlməkəlməsinə xəbər vermək. // İfadə, ibarə.
Saylarla: bir, iki, üç və i. a. kəlmə - bir neçə söz, az söz, qısaca. Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. S.Hüseyn. [Qəhrəman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı. H.Nəzərli. [Xalıq:] Bəli, mənəm, dayan, səninlə iki kəlmə sözüm var. S.Rəhman. Kəlmə və ya kəlmeyi-şəhadət din. müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir). Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. Aşıq Ələsgər. [Arvad:] Ay kişi, ..səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş görürəm? H.Sarabski.
□□ Kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) - ölümünü gözü qabağına almaq, ölməyə hazırlaşmaq. Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. C.Məmmədquluzadə. Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı .. kəlmeyi-şəhadətini oxumağa. E.Sultanov. Kəlmə kəsmək danışmaq. Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi. Ə.Əbülhəsən. Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi. Bayramov. [Rəşid:] ..Ancaq ömrümdə görməmişdim ki, Qara Canbalayev, ya da Gövhər xanım mənimlə kəlmə kəssin. İ.Hüseynov. Kəlmə verib kəlmə almaq - bax kəlmə kəsmək. [Qoca qarı:] Mən gəlin gedəndə
ondan da kiçik idim, qaynanamla kəlmə verib kəlmə alanda üzüm qızarardı. Qantəmir.
kəlmə-kəlmə zərf Ayrı-ayrı sözlərlə, hər sözü ayrıca. Kəlmə-kəlmə tərcümə etmək. Kəlmə-kəlmə diktə etmək. - Əzizim, kəlməkəlmə; Sözü de kəlmə-kəlmə; Oturaq xəlvət evdə; Danışaq kəlmə-kəlmə. (Bayatı). “Əlif’in hökmüylə, “cim “fərmanıyla; Ara kəlmə-kəlmə, dağıt “əmmə “ni. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....