Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏLLƏÇARX
is. [fars.] Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı.
Vışkaların təpəsində firlanan kəlləçarxların cırıltısı eşidilmirdi. M.S.Ordubadi. Buruqların şam ağacı kimi səmaya yüksəlməsi, başlarında qurulmuş kəlləçarxın fir-fir fırlanıb quyulardan neft dartması.. əzəmət təşkil edirdi. B.Talıblı.
□□ Kəlləçarxa vurmaq - bir iş və ya hərəkətdə son həddə, ifrat dərəcəyə varmaq; həddini aşmaq. [Mirzə Cəlil:] [Ataş] özbaşına qalsa, kəlləçarxa vurar, yatan itləri də oyadar. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....