Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏLƏK
is. Hiylə, fırıldaq, badalaq, biclik, fənd, aldatma. Kələk ilə gələn külək ilə gedər. (Ata. sözü). [Süleyman:] Öyrən bu kələyi, arvadı tap, tez toy elə! Ü.Hacıbəyov. [Mustafa bəy:] Mirzə Kərim, bunlar hamısı sənin kələyindir. Ə.Haqverdiyev.
□□ Kələk gəlmək - yalan sözlərlə, hiylə ilə aldatmaq, fırıldaq işlətmək. [Nəbi:] Mehdinin əlindən dad edər fələk; Naçalniklər mənə gəlirlər kələk. “Qaçaq Nəbi”. [Salamov:] Adə, .. sən də mənə kələk gəlirsən? C.Cabbarlı. Kələk işlətmək - b a x kələk gəlmək. [Hacı Mehdi:] Hər nə kələyin var, işlət. Ə.Haqverdiyev. Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov. Kələk qurmaq - biclik işlətmək, hiylə düzəltmək. Lakin o yerlərdə gedir, durmayır; Bir elə layiqli kələk qurmayır. M.Ə.Sabir. [Cahan:] Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Ü.Hacıbəyov. [Hacı Fərəc:] Ziynət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım məəttəl. N.Vəzirov. Kələyə düşmək - tora düşmək, hiyləyə aldanmaq, işə düşmək. [Hacı Murad:] Seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmişdir. S.S.Axundov. Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Kələyə salmaq (qoymaq) - cəncəl işə salmaq. [Gülçöhrə:] Əsgər bizi kələyə qoyub, sənin acığına və mənim əzabıma səbəb oldu. Ü.Hacıbəyov. Kələyi baş tutmamaq - hiyləsi həyata keçməmək, boşa çıxmaq. [Məşədi İbad:] Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı. Ü.Hacıbəyov. Kələyi kəsilmək üzülmək, əldən düşmək. Kələyini kəsmək - son dərəcə yormaq, incitmək, əldən salmaq, çox əziyyət vermək, üzmək. Yol kələyimizi kəsdi. - [Əhmədov:] Çadırdan, brezentdən tap, yoxsa bu gün bizim kələyimizi kəsər. Mir Cəlal. Kələyinin üstü açılmaq - hiyləsi, bicliyi, fırıldağı aşkara çıxmaq, bəlli olmaq, baş tutmamaq. [Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla