Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏKLİK1
is. Toyuq cinsindən əlvan tüklü çöl quşu. Çil kəklik. Ağ kəklik. - Çoban oxur, çalır, dağlar səslənir; Nə anladır o kəkliklər turaca? A.Şaiq. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklikpırıldaşıb qalxdıqca [bəylər] alıcı quşları buraxıb ovlayırdılar. M.Rzaquluzadə. □ Kəklik kimi cilvəli hərəkət haqqında. Otuzunda kəklik kimi səkərsən; Igidlik eləyib qanlar tökərsən. “Koroğlu”. Rəqqasə də kəklik kimi süzüb gedir çəmənliyə; Hər könüldən bir səs gəlir, “ölməmişəm, sağam!” - deyə. S.Vurğun. Ötmə kəklik kimi min naz ilə əlvan geyinib; Bizim ətrafa da, olmazmı ki, pərvaz edəsən? Ə.Vahid.
□□ Kəkliyi azmaq (əsli gəyiriyi azmaq) bax gəyirik.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....