Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KƏHRƏBA

is. [fars.] Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik. // Həmin maddədən qayrılmış bəzək (şeyi). Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur. M.P.Vaqif. [Bülənd] bir hərəkətlə Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopardı.. Ə.Əbülhəsən. Kəhrəbadan qayrılmış. Kəhrəba qolbaq. Kəhrəba müştük. - [Molla Sadıq] sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı. İ.Şıxlı.
məc. Təşbehlərdə. Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un. - Dönmüş kəhrəbaya sular xəzəldən; Əlində cam tutmuş ruzgar xəzəldən.. M.Müşfiq. Sevil açdığı süfrəni daha da zənginləşdirir, yağlı süd, qalın qaymaq, sarı kəhrəbanı andıran şit kərə və pendirlə doldururdu. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....