Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KƏFƏN
is. [ər.] 1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. (Ata. sözü).
Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar.
məc. Ölüm rəmzi kimi. Azəri torpağı son kəfənimdi; Doymaram bu qara bezimdən mənim. M.Araz.
məc. Ağ örtük. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdür. A.Şaiq.
□□ Kəfəni saralmamış - ölümündən az müddət keçmiş. Kəfəni yırtmaq - ağır, təhlükəli xəstəlikdən qurtarmaq (durmaq). [Şofer:] Qardaşım .. özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır. M.Hüseyn. Kəfənini boynuna (boğazına) dolamaq (salmaq) - cəsarətlənmək, ürəklənmək, özündən güclü bir adamla mübarizəyə girişmək. İskəndər kişi kəfənini boğazına dolamışdı. Qorxularından cınqırını çəkməyən adamlar, qocanın mərdliyinə heyran qalmışdılar. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....