Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
KEŞİK
is. Qarovul, güdük; qoruma. Keşik çəkmək - 1) qarovul çəkmək, bir obyekti qorumaq. Dəlilər.. dağın dörd tərəfində keşik çəkərdi. “Koroğlu”. [Əbdül:] Məni malların keşiyini çəkmək üçün qoyublar. C.Cabbarlı. [Gənclər] şəhərin, insanların keşiyini çəkirlər. H.Seyidbəyli. // Məc. mənada. Lay-lay beşiyim, lay-lay; Evimeşiyim, lay-lay; Sən get şirin yuxuya; Çəkim keşiyin, lay-lay. (Layla). [Muxtar dayı Nərgizin anasına:] Iki əsgər kimi [Nərgizin] sağında-solunda dayanıb keşiyini çəkəcəyik. Ə.Məmmədxanlı; 2) məc. dayanıb gözləmək, izləmək, güdmək. Səhərdən burada keşik çəkirəm. - Ağcaqız bir tərəfdə bunların keşiyini çəkməkdə olsun. “Aşıq Qərib”. Keşikdə durmaq (dayanmaq, olmaq) - bax keşik çəkmək. Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Keşiyində durmaq (dayanmaq) - qoruyub müdafiə etmək. Vətənin keşiyində durmaq. - Yuxusunu alan Həcər də gün çırtlar-çırtlamaz yerindən qalxıb ərinin keşiyində dayandı. S.Rəhimov. ..Burada sərhədin keşiyində duranlar .. yalnız rəsmi sərhədçilər deyil. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....