Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KEFSİZ
sif 1. Yüngül xəstə, naxoş, azarlı. O dəm deyir biri dustaqların: - Bəradərlər! Nə var, neçün belə kefsiz, fikirlisiz yeksər? A.Səhhət. □ Kefsiz olmaq- bax kefsizləmək 1 -ci mənada. Gülpəri bir qədər kefsiz olduğu üçün axşamdan yatmışdı. S.Hüseyn.
2. məc. Kədərli, qəmgin, halı pərişan, məyus, pərt. Niyə belə kefsizsən? - Nəbigil Ismayılın tutulmasından çox kefsiz (z.) oldular. “Qaçaq Nəbi”. [Gülnaz:] Sərvər, bu gün səni çox kefsiz (z.) görürəm, nə olub məgər? Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....