Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KEÇMƏK1
f 1. Hərəkət edərək, yeriyərək, addımlayaraq irəliləmək, yer dəyişmək, ötüb getmək. Yolla keçmək. Səki ilə keçərkən yoldaşımı gördüm. - Küçə ilə bir hambal, bir tay dalınca keçir. C.Məmmədquluzadə. [Kərim xan] Tehranın sakitləşməyə başlayan küçələrindən keçərkən uzun müddət fikri Xavərdən ayrılmadı. M.İbrahimov. // Bir sahənin, yerin içindən, ortasından ötüb getmək. Meşədən keçmək. Kənddən keçmək. - Küçə qapısından girərkən uzun, qaranlıq bir dalanı keçib öz otağıma gedərdim. S.Hüseyn. Biz də arxalarından qaçıb yetişdik, dərəni keçdik, kiçik bir cığırla meşəyə doğru dikləndik. A.Şaiq. // Ayaq və ya miniklə ötüb keçmək, yeriyərək bir şeyi arxada buraxmaq. Tahirzadə tozlu, üfunətli yerlərdən keçərək daş döşəməli yoxuş küçə ilə dikləndi. Mir Cəlal. // Sərhəd, mərz və s.-ni addamaq, aşmaq, addayıb keçmək. Mərzi keçmək. - Bilirsən də, dünən qoşunlarımız Almaniyanın sərhədini keçdi!.. M.Hüseyn. Atəş halqasını keçmişlər artıq; Zülmətin əlində boğulmaz işıq! M.Rahim. // Bir şeyin üstü və ya içi ilə yeriyərək, gedərək onu arxada buraxmaq. Tuneldən keçmək. - Keçmə namərd körpüsündən, qoy aparsın su səni. (Ata. sözü). Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi.
Yaşadığı, olduğu yeri dəyişmək, öz yerini dəyişmək. Nəbi.. Naxçıvan səmtində olan Keçili yaylağına keçir. “Qaçaq Nəbi”. [Çopo:] Yaşayış şəraiti fənalaşdığı üçün Cəməsb ailəsini və əqrəbalarını götürərək Aran ölkəsinə keçir. Çəmənzəminli. // Vəzifəsini, sənətini, işini, yaxud iş yerini, oxuduğu yeri dəyişmək. Başqa işə (vəzifəyə) keçmək. Tarix fakültəsinə keçmək. // Bir sinfi (kursu) bitirərək sonrakına daxil olmaq. Universitetin üçüncü kursuna keçmək. 10-cu sinfə keçmək. - ..Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə. C.Məmmədquluzadə. Eldar beşinci sinfi bitirib altıya keçir. İ.Əfəndiyev.
Olduğu yeri tərk edib başqa yerə çəkilmək, girmək, daxil olmaq, içəri girmək. Kabinetə keçmək. Zala keçmək. - Telli öz otağına keçib, müəllimin otağındakı söhbəti dinləməyə başladı. S.Hüseyn. Qarı mən sarıdan arxayın olub, öz otağına keçdi. M.Hüseyn.
Birisini tərk edərək başqasına qoşulmaq, onunla birləşmək. Düşmən tərəfinə keçmək. Başqa cəbhəyə keçmək. // Dinini, əqidəsini dəyişib yeni din, əqidə qəbul etmək.
dan. Bir təşkilata, dəməyə qəbul olunmaq, daxil olmaq, girmək, üzv olmaq. Partiyaya keçmək.
Tərzi-hərəkətini dəyişmək, başqa cür hərəkət etməyə başlamaq. Müdafiədən hücuma keçmək. Qabaqcıl iş üsullarına keçmək. // Bir şeyin yerinə başqasını tətbiq etməyə başlamaq. Ciddipəhrizə keçmək. Müsahibim birdən rus dilinə keçdi.
Bir məsələni, işi bitirib, yaxud yarımçıq qoyub başqasına başlamaq. Daha yüngül işə keçmək. Məruzə bitdikdən sonra müzakirələrə keçdilər.
Yer tutmaq, bir yerdə qərar tutmaq, dayanmaq. Məruzəçi tribunanın dalına keçdi. Usta dəzgahın arxasına keçdi.
Müəyyən həddi ötmək, ötüb keçmək. Saat on biri keçmişdi. S.Hüseyn. Dilara saatına baxdı, vaxt keçdikcə ürəyinin döyüntüsü artırdı.. M.İbrahimov. Vaxt keçir, artıq; Çökəcək dağlara yenə qaranlıq. Z.Xəlil. // Ötüb-keçmək, başa çatmaq (vaxt haqqında). Günlər keçir, həftələr dolanır, aylar başa çatır. “M.N.lətif’ [Hacı:] Keçir əyyam, günü-gündən çoxalır dövlətü-malım. Cabbarlı. □ Gəlib keçmək - ötmək. Şaxta vurmayacaq göy zəmiləri; Qış gəlib keçəcək bir bahar kimi. S.Vurğun.
Cərəyan etmək, müəyyən müddət bir yerdə qalmaq, olmaq. ..Dabbağ qəribə bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdə keçmişdi. M.İbrahimov.
Davam etmək, olmaq. Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin və biçini əmələ gəlmirdi. A.Şaiq.
Məşğul olmaq, öyrənmək. Onlar şəhid olub millətimizə; Cəsarət dərsini təlim keçdilər. B.Vahabzadə.
Davam edərək müəyyən nəticə ilə bitmək, sona çatmaq. Mitinq çox gurultulu keçdi. İmtahanlar müvəffəqiyyətlə keçdi. Məşğələ çox maraqlı keçdi. - Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq. [Sevinc Elçinə:] Məncə, iclas çox yaxşı keçdi. Z.Xəlil.
Bir şeyin (oxumağın, təlimin, müalicənin və s.) müddətini başa vurmaq, yerinə yetirmək. Hərbi xidmət keçmək. Kurs keçmək. Təcrübə keçmək. Müalicə kursu keçmək.
Oxumaq, öyrənmək. Dərs keçmək. İrəlidə olmaq, ötmək. □ Bir-birini keçmək - bir-birini ötmək üçün yarışmaq. Qara Kərəmoğlu ilə [Rüstəm] yalnız .. kimi bir-birini keçmə həvəsi ilə yarışa girirdilər. M.İbrahimov. // məc. Ötmək, ötüb keçmək, geriyə buraxmaq. Şagird ustasını keçdi. O bizi çoxdan keçib.
Uçub getmək, uçaraq ötmək. Bir dəstə quş damın üstündən keçdi. - Hərdənbir kəndin üzərindən durna dəstələri .. keçirdi. Ə.Məmmədxanlı.
Yox olmaq, çəkilmək. Üzündəki təbəssüm işartısı birdən keçdi. Başının ağrısı keçdi. Uşağın qızdırması keçdi. - Tərəddüdüm çox tez keçdi. M.S.Ordubadi. // Kəsmək, kəsilmək, dayanmaq, nəhayətlənmək. Axşamdan yağan yağıntı keçdi. Fırtına keçdi.
Birisinin sərəncamına, ixtiyarına verilmək, birisinə çatmaq, onun malı olmaq. Mülk varislərin ixtiyarına keçdi. - Əksərən də vaxtında borclarını verə bilməzdilər öz yerləri Əmiyə keçərdi. N.Nərimanov.
məc. Birindən o birinə sirayət etmək (adət, ənənə, xasiyyət və s. haqqında). Bu xasiyyət ona kimdən keçmişdir? - Anasının dediyinə görə, musiqi və şeir həvəsi [Şirzada] atası Qasım Kəngərlidən keçmişdir. M.İbrahimov. // Eyni mənada xəstəlik haqqında.
Qızılca uşağa keçdi. // Yayılmaq, başqalarını əhatə etmək. Yanğın qonşu evlərə keçdi.
məc. Təsir etmək, nüfuz etmək, işləmək. Şaxta (soyuq) adamın iliyinə keçir.
Yoxlamaya, müayinəyə və s. uğramaq. Karantindən keçmək. Müayinədən keçmək. Attestasiyadan keçmək.
məc. Bağışlamaq, sərfi-nəzər etmək, əfv etmək. Mənə etdiyin pislikdən keçirəm. Günahından keçmək.
məc. Müzakirə, səsvermə nəticəsində qəbul olunmaq, təsdiq edilmək, seçilmək. Bir səslə keçmək. Səsvermədən keçməmək. Namizəd keçmədi. - [Zeynəb deyir:] Xeyr, yoxsullar iclasında keçibdir, gərək otaqları boşaldasan. Qantəmir.
Dəyişmək (paltar, geyim və s. haqqında). Qış paltosuna keçmək. Papağa keçmək. Yay paltarına keçmək. Qış formasına keçmək (hərbi ifadə).
məc. Güzəşt etmək, bağışlamaq, əvəzini istəməmək, vaz keçmək, sərfi-nəzər etmək. Haqqından (iddiasından) keçmək. [Ağa Mərdan:] Amma Hacı Qafurun arvadı otuz min tüməndən keçir. M.F.Axundzadə. İndidən bunu nəzərə almalıdır ki, bu saat zəngəzurluların nəfi üçün beş manatdan, üç manatdan keçmək bizdən ötrü artıq ziyan edə bilməz. Ü.Hacıbəyov. // Fəda etmək, əl çəkmək. Mənafeyindən keçmək.
Yaramaq, qüvvədə olmaq, təsirdə olmaq. Köhnə pullar indi keçməz. Onun hökmü daha keçmir. İnkar formasında: keçməmək, keçə bilməmək - birinə hörməti olduğuna görə onun xilafına iş görməmək. [Səfər bəy:] Görünür ki, Qonça xanıma [Molla Abış] özü də vurulubdur. Ancaq məndən keçə bilməyir. B.Talıblı.
Keçib, keçibdir, keçmişdir şəklində
olub-bitmiş bir iş, hadisə və s. haqqında (adətən güzəşt mənasında işlənir). [Hüseynqulu bəy:] Gəldim də..., heç, daha keçibdir. Ü.Hacıbəyov. Qardaşım, ondan keçibdir. M.S.Ordubadi. Keçib-getmək şəklində - 1) ötübgetmək. Keçib-gedən yolçunu öz yolundan eylərsən. Ə.Cavad. Geri qayıtmağa tənbəllənib, usta [Ağabala] bir təhər.. keçib-getdi.
Çəmənzəminli. Xədicəgilin faytonları buradan keçib-gedəcəkdi. S.Hüseyn; 2) yox olmaq, silinib getmək, yaddan çıxmaq, unudulmaq. [Toğrul:] Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çoxpəhləvanlar oturubdur. ..Bunların hamısı keçib-gedər, sən də keçib-gedəcəksən. M.S.Ordubadi.
Bir sıra isimlərdən sonra gələrək mürəkkəb fel və ifadələr düzəldilir; məs.: başından keçmək, canından keçmək, pisliyi keçmək, ələ keçmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....