Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KEÇİLMƏZ
sif. 1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz dağ. - Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Qatar keçilməz yolları oraq kimi kəsib-biçdi; Qarşı gəldikcə daş-qaya bir ox kimi dəlib keçdi. H.Cavid. Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər. H.K.Sanılı. // Hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. Çaylar daşmış, yollar keçilməz (z.) olmuşdu. - Biz uca qayalar aşdıq; Keçilməz yollardan keçdik. Z.Xəlil.
məc. Son dərəcə yaxşı, gözəl, ürəyə yatan, cəlbedici şey haqqında. [Bəypolad Cəmil bəyə:] Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! H.Cavid.
məc. Bağışlanmaz, bağışlanması mümkün olmayan, əfvedilməz. Keçilməz günah.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla