Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KEÇƏN
1. “Keçmək” dən f.sif.
sif Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. Keçən il. Keçən həftə. - Elədimi su yazda; Axar, gedər su yazda; Mən yarı görməmişəm; Keçən yaz da, bu yaz da. (Bayatı). Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. [Zeynalın] keçən gün əli hər yerdən üzülüb, öz dərdini Şərifizadəyə açıb söyləmişdi. S.Hüseyn.
sif. Keçmiş, keçib getmiş, vaxtilə olmuş. Keçən günə gün çatmaz. (Ata. sözü). [Səfi:] Ağlaya-ağlaya düşdü yollara; Gələn dərdi, keçən dərdi, yol dərdi. “Əsli və Kərəm”. Cahandan getdi gileyli; Keçən dövrana bir baxmaz. Q.Zakir. // Keçən gün, keçmiş hadisə. Keçənə güzəşt deyərlər. (Məsəl). Keçənlərdə şəklində zərf - keçmişdə. Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur! Şəhriyar. Keçənlərdən şəklində - keçmişdən. [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb cəmşidi-cəm peymanə qaldı. H.Cavid. Keçənlər şəklində - keçmiş, olmuş şeylər. Gəl qardaşım, keçənləri; Yada salaq dönədönə. B.Vahabzadə. // Eyni mənada bəzən “bu” sözü ilə. Bu keçənlərdə ingilis əfisər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Ü.Hacıbəyov.
□□ Keçən yeri olmamaq - heç bir güzəşt edilə bilməyəcəyini bildirir. Məmmədbağırın keçən yeri yox idi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....