Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KAZARMA

[fr. əsli ital.] Hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla. Əsgər kazarması. // köhn. Fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana. Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada altmış fəhlə yerləşmişdir. M.S.Ordubadi. Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər. M.İbrahimov. // dan. Şablon üzrə tikilmiş yaraşıqsız, görkəmsiz ev, bina haqqında. Bu ev lap kazarmaya oxşayır. Bu bina lap kazarmadır.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....