Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KAZAK
1. tar. XV-XVII əsrlərdə Rusiyada: feodal və mülkədarların zülmündən ucqarlara (Don, Yaik, Zaporojye) qaçıb azad olmuş təhkimli kəndlilərə, nökərlərə və şəhər yoxsullarına mənsub adam. XVI əsrdə rus dövlətinin hüdudunda, Donətrafı düzənlərdə çoxlu azad kazaklar yaşayırdı. Bunlar, əsasən, feodalların zülmündən qaçmış kəndlilər və nökərlər idi. İnqilabdan qabaq Rusiyada: XVIII əsrdən başlayaraq imtiyazlı şərtlərlə torpaqdan istifadə müqabilində xüsusi qoşun hissələrində xidmət etməli olan Don, Kuban, Terek, Orenburq və b. vilayətlərdə doğulmuş adam; hərbi silk nümayəndəsi. // Həmin vilayətlərin əhalisindən düzəlmiş hərbi hissələrdə (adətən süvari qoşunlarda) öz atları və əsləhəsi ilə xidmət edən əsgər. Kazak süvariləri. - İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənargir dağına, yaylağa gedəsi idilər. C.Məmmədquluzadə. // İnqilabdan əvvəl Rusiyada: inqilabi hərəkatı boğmaq, fəhlə tətillərini yatırmaq üçün istifadə edilən xüsusi süvari qoşunların əsgəri. Yanlarında çapar, kazak, yüzbaşı; Daşınır Hacının əmliyi, aşı. H.K.Sanılı. Keçmişdə kəndə pristav gələndə atlı kazaklar pristav düşən evin yüz metrliyinə adamları buraxmazdılar. Ə.Sadıq. Keçmiş hərbi vilayətlərdə doğulmuş şəxs, kəndli. Don kazakları. Terek kazakları.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....