Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KATİB
is. [ər.] 1. İdarənin, müəssisənin, təşkilatın və ya bir şəxsin yazı-pozu işlərini aparan adam. Dəftərxana katibi. Məhkəmə katibi. Idarə katibi. Yerli komitə katibi. Katib fərmanı oxuyandan sonra qiymətli bir xələt gətirib vəliəhdin çiyninə saldılar. M.S.Ordubadi.
İclasın, yığıncağın və s.-nin protokolunu yazan şəxs. Iclasın katibi. Hər hansı bir təşkilatın seçilmiş rəhbəri. Katib dəstəyi qaldırıb, bir an qulaq asdıqdan sonra soyuqqanlıqla dedi: - Bəli, buraxın gəlsinlər. Q.İlkin. Hər hansı bir idarənin təşkilat və icra şöbəsinin başında duran şəxs. Qəzet redaksiyası katibi. Jurnalın katibi.
köhn. Yazan, yaxşı qələmi olan. Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli. Mən aşıq, yaza dərdim; Katib yox, yaza dərdim; Fəqir bülbüllər kimi; Qalıbdır yaza dərdim. Sarı Aşıq.
□□ Dövlət katibi - ABŞ-da xarici işlər nazirinin adı. Elmi katib - elmi idarənin cari işlərinin təşkilinə cavabdeh olan şəxs. Institutun elmi katibi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....