Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KAŞI

is. [İranda Kaşan şəhərinin adından]
Üzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qab. Burda bir naşı ağlar; Əlində kaşı ağlar; O evdən cavan gedə; Divarı, daşı ağlar. (Bayatı). Dedim bu dünyada bir toy qurulsun; Mey dolu al kaşı yadıma düşdü. M.Rahim.
Adətən, divarların xarici səthinə bəzək üçün vurulan üzü naxışlı çini. Üzərinə kaşı çəkilmiş divar. - Bayırı kaşı, çini; Içərisi toyuq hini. (Ata. sözü). Şuşanın kaşıdan göy məscidləri; Yarış meydanları, cıdır düzləri; Ulu Pənah xanın ayaq izləri; Görən, bizim üçün darıxmırmı bəs? B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....