Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KASSA
[ital.] 1. Pul, qiymətli kağızlar və s. saxlamaq üçün yeşik, şkaf, sandıq. Dəmir kassa. Kassanı açmaq. Kassanı bağlamaq.
İdarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək, bilet satmaq və s. üçün xüsusi şöbə. Dəmir yol kassası. Teatr kassası. Kassadan pul almaq. - Hələ kassa açılmamışdır. S.Hüseyn. Hamı müsafirlər kassa qabağına toplandılar. T.Ş.Simurq. Kassanın qabağı bomboş idi. S.Rəhman.
Müxtəlif kredit idarələrinin adı. Əmanət kassası. - Əmanət kassası deyil uşaqlar; Xərcindən kəsərək qazanc görəsən. B.Vahabzadə. İdarə və ya müəssisənin nağd pulu. Kassanı yoxlamaq. Kassanı təhvil vermək. Kassa dəftəri.
köhn. Mətbəədə yuvacıqlara (gözlərə) bölünmüş şrift (hürufat) qutusu. [Mürəttib] sürətlə kassanın yuvacıqlarından xırda şriftləri yan-yana düzür. S.Rəhman.
□□ köhn. Qarşılıqlı yardım kassası - üzvlük haqqı şəklində toplanılan vəsaitdən maddi yardım göstərmək üçün işçilərin könüllü təşkilatı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....