Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

KASIBLIQ

is. 1. Kasıbın hal və vəziyyəti; yoxsulluq. Kasıblıq eyib deyil, oğurluq eyibdir. (Ata. sözü). Kasıblığın evi yıxılsın! İndiyə kimi [Məhəmmədhəsən əminin] qolunu, qıçını bağlayıb, qoymur bir yana tərpənsin. C.Məmmədquluzadə. □ Kasıblıq etmək, kasıblıqla məşğul olmaq - yaşamaq üçün minimum qazanc, gəlir verən bir peşə (iş) ilə məşğul olmaq. Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir. Məmmədquluzadə. [Bədəl:] Qardaşlar, az keçər ki, hamımız genə evlərimizə qayıdıb kasıblığımızla məşğul olarıq. Ə.Haqverdiyev. □ Kasıblığa düşmək - əvvəlki varından məhrum olmaq, əli aşağı düşmək.
Yaşamaq üçün minimum qazanc verən bir peşə, sənət və ya iş. [Namaz:] Mənə izin ver, gedim, özüm üçün bir kasıblıq tapım. Ə.Haqverdiyev. [Muzdur] Allah-talaya şükür edib, təzədən kasıblığa qədəm qoydu. S.Qənizadə. [Yaşlı kişi:] Neçin qardaşını işindən, kasıblığından avara salırsan? S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....