Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KASADLIQ
is. 1. Ticarətdə malın satılmadığı, işə getmədiyi, müştərisi olmadığı vəziyyət; rəvacsızlıq, alış-verişdə durğunluq, böhran. Tərəkəmə şəhərdən çəkilib getmişdi, bazar bərk kasadlıq idi. Çəmənzəminli. [Həsən:] Bazarın kasadlığı ovqatımı təlx edib. Ə.Haqverdiyev. [Qafar:] Bu kasadlıq vaxtında mən səni üç ziyarətə necə aparım? S.S.Axundov.
Qıtlıq, qəhətlik. Başlanır illərin kasadlıq ili; Muğanın başına dünya dar olur. S.Vurğun. □ Kasadlıq çəkmək - qıtlıq, qəhətlik keçirmək.
Kasıblıq, yoxsulluq, ehtiyac mənasında. Ağardı saçların, ömrün də yarı; Kasadlıq keçirir şerin bazarı. S.Vurğun. □ Kasadlığa düşmək - kasadlıq çəkmək, yoxsul olmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....