Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KARXANA
is. [fars.] 1. köhn. Fabrik, zavod, emalatxana. Çit karxanası. - Kitayda yapon malı baykot edilib, yapon karxanalarını işsiz qoyublar. C.Məmmədquluzadə. Hər səhər günçıxanda karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Ə.Məmmədxanlı. İmaməlini xalça karxanasına şagird qoymuşdular. Ə.Sadıq.
Daş çıxarılan yer (adətən “daş karxanası” şəklində). Siz hər gün limana gələn gəmilərin sayını öyrənib, balaca bir kağıza yazarsınız, sonra şəhərin kənarındakı daş karxanasına göndərərsiniz. M.Hüseyn. Əhəng yandırılan yer.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....