İzahlı lüğət

KAR2

is. [fars.] 1. İş, peşə, məşğələ. Nə karın sahibidir? Hansı kar yiyəsidir? - Qoç Koroğlu öz karında; Yalan olmaz ilqarında. “Koroğlu”. Qoy mən tox olum, özgələr ilə nədi karım. M.Ə.Sabir. Yox quru fəxr eləməkdən bizə hərçəndi səmər; Karımız yox, əlimizdən nə gəlir özgə hünər? Ə.Nəzmi.
2. Təsir. Zəxmi-sitəmin olmadı bu Seyyidə kari; Səd heyf, səd əfsus, günahkar ölürəm mən. S.Ə.Şirvani.
□□ Kar aşmamaq - nəticə hasil olmamaq, işə yaramamaq, bir nəticə çıxmamaq. Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı. “Koroğlu”. Bülbül dedi: - Bunlar ilə kar aşmaz; Bu baş-qulaq kamançaya yaraşmaz. A.Səhhət. Özgəyə ümid olmaq; Bizim üçün yaraşmaz; Özgənin köməyilə; İnsan üçün kar aşmaz. B.Vahabzadə. Kar etmək (eləmək) - təsir etmək, təsirini göstərmək. Arsıza bir sillə kar eləməz. (Ata. sözü). Xudayar katdaya aclıq çox kar eləmişdi. C.Məmmədquluzadə. [Hacı Murad:] Sənə söz kar eləmir. S.S.Axundov. Kar gətirmək
işə yaramaq, xeyir gətirmək. Kar görmək
bax kara gəlmək. [Əsir:] Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Ə.Haqverdiyev. Əbişin gözləri çanağından çıxmaq dərəcəsinə gəlmişdi. O, kar görməyən top açarları qaldırıb [yerə] çırpdı.. S.Rəhimov. Kar salmaq - bax kar etmək. Padşahın gözləri tutulur, .. təbib, dərman qalmır, hamısını eləyirlər, kar salmır ki, salmır. (Nağıl). Amma [molla] hər nə deyirsə, heç biri kar salmır. “M.N.lətif.” Kar vermək
əlverişli olmaq, işə yaramaq, faydası olmaq. [Xırdaxanım:] Nurcahan, bizə yatmaq kar verməz. N.Vəzirov. Kara düşmək - bax kara gəlmək. Kara gəlmək - işə yaramaq, lazım olmaq; köməyi, xeyri dəymək. [Molla Kazım:] Camaatın karına gəlirəm. Ə.Haqverdiyev. Usta Qiyas bir bükülü pulu [Kərimin] qabağına qoyur: - Kasıb yaşayırsan, kara gələr. M.İbrahimov. Kardan düşmək - işdən düşmək, yararsız hala gəlmək. Işləməyən kotan pas atar və kardan düşər.. M.İbrahimov. Karına gəlmək - işinə yaramaq, köməyi olmaq. [Rüstəm:] Pristav yox, kətxuda da yox, adam döyən, camaat incidən yox, camaatın karına gələn bir adam olsun. S.Rəhimov. Söhbət lampa şüşəsinə çatanda mən tavandan sallanan elektrik lampasını göstərib soruşdum: - Niyə, bu, karınıza gəlmir? R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KOS

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed