Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KANAL
[lat.] 1. Dəniz, çay və göllər arasında gəmilərin gedib-gəlməsi, habelə suvarma, hidrotexniki və s. məqsədlər üçün çəkilmiş süni su yatağı. Kanal çəkmək. Samur-Abşeron kanalı. Suvarma kanalı. [Tahir:] Mingəçevirdən böyük kanal ayrılacaq. M.Hüseyn. Dəli çaydan səhraya kanallar çəkiləndə; Torpağı əridəndə nəfəsi motorların; Mən də ordaydım, bəli. S.Rüstəm.
tex. Hər hansı bir şeyin içində boru şəklində dar uzun boşluq. Top kanalı. Kabel kanalı.
anat. bax yol 5-ci mənada.
Bax yol 6-cı mənada. Cürbəcür kanallardan istifadə etmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....