Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KAMİL
sif [ər.] 1. Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. - Cəmali-batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil, kamalda dərin. Aşıq Ələsgər.
2. Kamala yetmiş, kamilləşmiş, yetkin. Kamil usta. Kamil sənətkar. // Təcrübəli, mahir. Yanmaqda kamildir, odda səməndər; Mən özüm bu yolun mərdanəsiyəm. Q.Zakir. Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. // Is. mənasında. Bu hələ kamilləri; Gör nədir cahilləri. (Ata. sözü). [Əziz bəy:] Xeyr, hazır deyil, axtarırıq ki, bir kamil tapaq, vəkil tutaq. M.F.Axundzadə. Cəng əhməqlə eyləməz aqil; Əqli başında olsa gər kamil. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....