Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KAMAN
is. [fars.] 1. Bax kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli.
2. Oxatan yay. Ox atılır, sanki kaman səslənir; Saheyi-meydanda vurur tək səbir. M.Ə.Sabir. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxarıb, xurma ağacları içərisinə yüyürdülər. Ə.Məmmədxanlı.
□□ Kaman kimi əyilmək məc. - beli əyilmək (bükülmək), ikiqat olmaq. Kaman kimi (tək) əymək məc. - belini əymək. Eləmi deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun olsa; Kamantək əyər məni. (Bayatı). Kamana dönmək - bax kaman kimi əyilmək. Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkməkdən; Qəddim kamana döndü; Qürbət dərdi çəkməkdən. (Bayatı). Qaşı kaman şair. - b a x kamanqaş(lı). Qaşları kaman, ay qız; Apardın iman, ay qız; Dedim, hara gedirsən? Oldun bədgüman, ay qız! (Bayatı). Müjganların oxdu, qaşların kaman; Gözlərin qəsd edər cana, Gülpəri! Aşıq Ələsgər. [Sultan bəy:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl alım, maralım, dilbilməz! U.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....