Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KAL
sif. 1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça. - [Hurizadın] ..tükləri məzəli bir rəng alar - gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. Nəbi güllə atsa düzdə, ya dikdə; Tağlar meyvəsini yerə kal salar. M.Rahim. // İs. mənasında. Əriyin kalı. - İyid nərəsindən, güllə səsindən; Dəyməmiş tökülür kalların, dağlar! Aşıq Ələsgər.
məc. Hələ yetişməmiş, inkişaf etməmiş. Almaniyanın Ingiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. M.S.Ordubadi. Bax, bu yerlərdə adamlar dəyişir; Kal (z.) gələn burda dəyir, tez yetişir. S.Rüstəm.
məc. Tutqun, boğunuq (səs haqqında). [Vəkil] kal səsi ilə Nemətə yer göstərdi. Çəmənzəminli. Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. S.Rəhimov.
məc. dan. Kütbeyin, gecanlayan. Kal adam. - Yaş yetirib kal oldunuz; Görə-görə kor oldunuz; Dinə-dinə lal oldunuz; Səbrinizə heyrətdəyik; Siz dözümdə fil oldunuz. B.Vahabzadə.
□□ Yuxudan kal oyanmaq - lazımınca yatıb yuxusunu almamaq, yuxudan yarımçıq durmaq. [Səttar:] Əşi, yuxudan kal oyanıb gözümü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....