Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KABİNET
[fr.] 1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı. Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Ə.Haqverdiyev. Sərdar Rəşid.. kabineti boşaltdı. M.S.Ordubadi. İdarə və müəssisələrdə məsul şəxslərin məşğuliyyəti üçün ayrılmış otaq. Direktorun kabineti. - Mən [müdirin] kabinetinə girəndə, şöbə müdirlərini toplayıb nə barədə isə danışırdı. M.Hüseyn. Birinci katibin kabinetindən eşidilən zil qışqırtı Səmədi diksindirdi. İ.Hüseynov. Kabinet üçün mebel komplekti. Köhnə stildə kabinet. Xüsusi məşğələlər üçün müvafiq avadanlıqla təchiz edilmiş ayrıca otaq (məktəblərdə, elmi tədqiqat müəssisələrində və s.-də). Fizika kabineti. Kimya kabineti. İdman kabineti. // Xüsusi olaraq təchiz edilmiş müalicə otağı. Rentgen kabineti. Tibbkosmetika kabineti.
Restoranlarda və əyləncə yerlərində ümumi zalda oturmaq istəməyənlər üçün ayrılmış xüsusi otaq. Nişanlısının Nəsir bəyin oğlu ilə .. restorana girən görüb, o da daxil oldu. Qulluqçudan bunların tutduğu kabineti bilib, gəlib qapını döydü. Ə.Haqverdiyev. Hökuməti təşkil edən nazirlər heyəti; hökumət. Kabinetin dəyişməsi. Yeni kabinet. Kabinet böhranı.
□□ Kabinet adamı, alimi və s. - həyat və praktika ilə canlı əlaqəsi olmayan adam, alim və s. haqqında. Kabinet royalı - kiçik royal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....