Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
KABAB
is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. Kabab bişirmək. Kababa qonaq etmək. Kabab çəkmək (tikə ətləri şişə keçirmək). - Kababı köz öldürər; İgidi söz öldürər. (Ata. sözü). ..Evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli. [Səmədin] burnuna xoş, ağız sulandıran kabab iyi dəydi. İ.Hüseynov.
□□ Kabab etmək (ciyərini, ürəyini) klas. məc. - yandırmaq, yaxmaq. Odlara salıb fəraqət əhlin; Yaxub cigərin kabab edən eşq! Xətayi. Könül, uyma bivəfayə; Axır səni xarab eylər; Salıb eşqin atəşinə; Cigərini kabab eylər. Q.Zakir. Kabab olmaq (ürəyi və s.)
od tutub yanmaq, alışıb-yanmaq. Ürəyi kabab oldu. - Atəşi-eşqində dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Füqəralar yanıbən zülm oduna oldu kəbab. S.Ə.Şirvani. Kababa dönmək məc. - yanmaq, yaxılmaq. [Umud:] Dilin də yoxdu? Qalx yuxarı. Əslidən soruş. Denən dədəmin ciyəri kababa dönüb. İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....