Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İZTİRAB

is. [ər.] Təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq. Böylə əldən getdiyim gər bilsə yar əldən gedər; İztirabım görsə bəhri-bikənar əldən gedər. Qövsi. [Arif Xavərə:] Sorma, heç sorma, nazənin Xavər! Məni məhv etdi iztirabü kədər. H.Cavid. [Mehribanın] qəlbinin iztirablarını ovunduracaq bir arxadaşa nə qədər ehtiyacı vardı. S.Hüseyn. İztirab etmək - həyəcanlanmaq, narahat olmaq, təşviş etmək. Etmə, canım, iztirab; Tələsmə, çox ertədir. A.Səhhət. İztirab keçirmək (çəkmək) - mənəvi əzab çəkmək, həyəcan keçirmək, narahatlıq içində olmaq. ..Simasından onun hirs, əsəbilik və dərin bir iztirab keçirdiyini görmək olardı. S.Rəhimov. Yaxın günlərdə buraya [kameraya] atılan Qədir hamıdan artıq iztirab çəkirdi. Mir Cəlal. İztirab vermək - b a x iztiraba salmaq. Məni hərdəm yada sal, qadan alım; Rəhm elə, yar, vermə bunca iztirab. “Abbas və Gülgəz”. İztiraba düşmək - təşvişə düşmək, həyəcana düşmək, əsəbiləşmək, narahat olmaq. Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xof və iztiraba düşdülər. M.F.Axundzadə. Indi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev. İztiraba salmaq - təşvişə salmaq, narahat etmək. Bu isə məni iztiraba salırdı. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....