İzahlı lüğət

İZLƏMƏK

f 1. Birinin izi ilə, ardınca getmək, təqib etmək, izinə düşmək. - [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. Cavid. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə.. // İzinə düşüb a xtarmaq, aramaq. Oğrunu izləmək. - Böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. S.Rəhimov. // Göz qoymaq, güdmək. Üstü örtülü səbətlərdən şübhələnmiş polis xəfiyyəsi, uzaqdan-uzağa Qulam dayını izləyirdi. M.Hüseyn. Maya daha diqqətlə ərini izləyərək, onda başqa bir qadın iyini duyduqda sarsılmışdı. M.İbrahimov. [Teymur Zərifəyə deyir:] Biz illər uzunu sənin həyatınla maraqlanmış, hər addımını izləmişik. H.Seyidbəyli.
məc. Birinin yolu ilə getmək, onun yolunu davam etdirmək, dalınca getmək. Bir dramaturq olaraq [U.Hacıbəyov] məhz M.F.Axundov və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək .. misli görünməmiş komediyalar yazmışdır. Ə.Sultanlı.
məc. Təqib etmək, göz qoymaq, müntəzəm tanış olmaq. Gündəlik mətbuatı izləmək. - Firidun .. diqqətlə qəzetləri izləyirdi. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed