Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İZAH
is. [ər.] Bir fikri, əsəri və s.-ni yazılı və ya şifahi şəkildə aydınlaşdırma, anlatma, şərh etmə, bəyan etmə; şərh, bəyan. [Arif:] Artıq yetişir, anladım, izahə nə hacət; Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! H.Cavid. İndi daha Fatmanın nə suala, .. nə də Sadıq kişinin izahına ehtiyacı qalmışdı. Mir Cəlal. [Rəşid dedi:] ..Dediyim sirrin izahı məhz həmin gündən başlandı. İ.Hüseynov. □ İzah etmək - anlatmaq, şərh etmək, açmaq, bəyan etmək. Məsələni izah etmək. Kitabın çətin yerlərini izah etmək. - Komissar hadisəni izah etdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....