Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İTTİHAM
is. [ər.] Birinə qarşı irəli sürülən günah, təqsir, suç. Bu sözlər bir ittiham kimi səsləndi. - Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? M.S.Ordubadi. Hacı bu ağır ittihamın təsirini yoxlayan kimi bir qədər susdu, ətrafına baxındı.. Mir Cəlal. □ İttiham edi1mək - təqsirləndirilmək, günahlandırılmaq, müttəhim edilmək, suçlandırılmaq. Qalınqaş oğlan depoda çalışan və tətildə ittiham edilib həbsə atılan Namazoğlu Qiyas idi. Mir Cəlal. İttiham etmək - təqsirləndirmək, günahlandırmaq, müttəhim etmək, suçlamaq. Prokuror vətəndaş Yaşarı ittiham etməkdən boyun qaçırır. C.Cabbarlı. Mürtəce dairələr və xarici mənbələr Azərbaycan demokratlarını .. ittiham etməyə başladılar. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....