Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İTTİFAQ2
is. [ər.] Qəziyyə, vəqə, əhvalat, hadisə. [Əsgər bəy:] Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Ə.Haqverdiyev. [Aslan:] Mən bu az ömrümdə nə qədər bədbəxt ittifaqlar görmüşəm. İ.Musabəyov. □ İttifaq düşmək (olmaq) - bir hadisə, qəza, iş baş vermək. [Nuxulular:] Hələ ki belə ittifaq düşübdür, biz bilməmişik, indi bunun çarəsi nədir? M.F.Axundzadə. [Cahangir ağa:] Xoca Bəhmənlidə, görəsən, nə ittifaq olub? Ə.Haqverdiyev. [Fəxrəddin bəy:] Bircə de görüm, Səadət səlamətdirmi, nə iş ittifaq düşüb? N.Vəzirov. // Təsadüf, fürsət, məqam, imkan, vaxt. [Ağa Kərim xan:] ..Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, ha? N.Vəzirov. Qohumlarda birinin oğlu və o birinin qızı doğulan ittifaqlarda da bu uşaqları beşikkəsmə ad edirlər. R.Əfəndiyev. □ İttifaq düşmək -təsadüf düşmək, fürsət ələ keçmək, imkan olmaq. Birdən ittifaq düşdü ki, usta Ağabala .. Ağa Ələsgər ilə gəzməyə çıxdı. Çəmənzəminli. Süleyman bu sözü eşidən kimi təəccüb barmağını dişləyib dedi: - Bəli, dünyada belə işlərə çox ittifaq düşər. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....