Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İTTİFAQ1
is. [ər.] 1. Ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, rabitəsi. Fəhlələrlə kəndlilərin ittifaqı. Xalqların qardaşlıq ittifaqı. // Ümumiyyətlə, birlik, söz birliyi, həmrəylik. Hər işdə çü ittifaq xoşdur; Ağacdə pərü budaq xoşdur. Xətayi. Ittifaq və ittihad çox gözəl işdi. “Mol. Nəsr.”. Susdu bülbüllərin nədən, orman?! Pozdumu ittifaqını o xəzan? Şaiq. □ İttifaq eyləmək köhn. - 1) birləşmək, söz bir eləmək. Ittifaq eyləyib diliranə; Durdular kim müqabil aslanə. S.Ə.Şirvani; 2) ünsiyyət yaratmaq, yaxınlaşmaq. Sevdiyim məni dağ eylər; Qeyrilə ittifaq eylər. Q.Zakir.
Birlikdə hərəkət etmək və başqa məqsədlər üçün dövlətlər, təşkilatlar arasında dostluq sazişi; birləşmə. Diplomatik ittifaq. Hərbi ittifaq. Ticarət ittifaqı. □ İttifaq bağlamaq - aralarında birlik yaratmaq, birləşmək, söz birliyi etmək. İttifaqa girmək
əlbir olmaq, əlaqəyə girmək, birgə iş görmək üçün birləşmək.
Bir ümumi ali hakimiyyəti olan bir neçə dövlətin, ərazinin, xalqın, tayfanın və b.-nın dövlət birləşməsi. Qəbilələr ittifaqı. Avstraliya ittifaqı. İctimai təşkilat, birlik. Həmkarlar ittifaqı. Yazıçılar ittifaqı. Rəssamlar ittifaqı.
Məsmə bir ittifaq üzvünün istifadə edə biləcəyi bütün hüquq və imtiyazlardan istifadəyə çalışır. S.Hüseyn. [Qəhrəmanı] bütün müəllim yoldaşları ittifaq sədri seçdilər. S.Rəhimov. İttifaq ilə, ittifaqla şəklində zərf -bax ittifaqən1
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....