Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İTKİ
is. 1. İtirilmiş şey. Itkisi olmaq.
məc. Ölüm. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa .. çox ağır təsir etdi. A.Şaiq. Rəiyyət Rüstəmin ailəsi bu ağır itki üçün .. matəm və yas saxladı. S.Rəhimov.
Döyüş zamanı sıradan çıxmış əsgər və ya döyüş sursatı; zayiat. Döyüşdə düşmən çoxlu itki vermişdir. - Tapdıq hələ taqımın başqa nə kimi itkisi olduğunu bilmirdi. Ə.Əbülhəsən.
Ziyan, zərər; zay olma, xarab olma. Məhsul toplanışında itkiyə yol verməməli. Təsərrüfatda hər cür itkinin qarşısını almalı. - Əziz görmüşdü ki, soyuqda, qarda, şaxtada yığılan pambığın çox itkisi olur. Ə.Vəliyev. □ İtkiyə düşmək - ziyan çəkmək, zərərə düşmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....