Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İŞVƏKAR
sif. [ər. işvə və fars. ...kar] Öz qəmzəli baxışları ilə kişiləri məftun edən; işvəli, qəmzəli. [Zeynəb xanım] Alış bəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi:
Ovçuluq gözəl şeydir. Çəmənzəminli. Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhrini aşılaya bilər. M.S.Ordubadi. Şux və işvəkar ərəb qızları gələr və xaqanla əylənərlər. H.Cavid. // Is. mənasında. Dilbər. [Arif İblisə:] Bir afiətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid. Bütün ətrafə min bəzək saçılır; Durma gəl, nazlım, işvəkarım, gəl! S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....