Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İŞTİYAQ
is. [ər.] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən. Kişvəri. Eylərəm hər yerdə sənin sorağın; Gündən-günə artar bil iştiyaqın.. Qurbani. Seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid. Bu dəfə Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzir idi. C.Cabbarlı. □ İştiyaq(ını) çəkmək -həsrətini çəkmək, həsrətində olmaq. Nə müddətdi iştiyaqın çəkirdim; Şükür həqqə, pərizada gedirəm.. Q.Zakir. Didarına mən müştaqəm, mən müştaq; Vəqtü bivəqt çəkməkdəyəm iştiyaq. Aşıq Hüseyn. İştiyaqa düşmək - şövqə düşmək, həvəsə düşmək.
Aşiqləri iştiyaqə düşdü; Hər kəs ayılıb qabağə düşdü. M.Ə.Sabir. [Ziba:] Axır o izdihamlı şəhərdən çıxandan, atamın arxasınca buraya gələndən sonra niyə mən bu fikrə, bu iştiyaqə düşdüm? S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....