Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İŞLƏTMƏK

f 1. İş gördürmək, işlə məşğul etmək, iş görməyə məcbur etmək; çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək. Qızı uşaqlıqdan işlətmək.
Bir şey üçün istifadə etmək; faydalanmaq. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkas alıb işlətməyə şüru etdi. S.M.Qənizadə. Gülsənəm arvad təknə əvəzinə işlətdiyi alümin ləyəni stulla bərabər yerindən götürüb, .. qız əhvalatını açıb danışdı. M.Hüseyn. Fərmanın qoçaqlığı orasındadır ki, o, mürəkkəb maşını işlətməyi artıq mənimsəyibdir. Ə.Sadıq.
Tətbiq etmək, işə salmaq. Siyasət işlətmək. Fənd işlətmək. Hiylə işlətmək. - Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. “Koroğlu”. Molla Qasım anladı ki, .. hər nə kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov. Böyükyazıçı vəfat etdiyi günə qədər qələmini işlətdi. M.İbrahimov.
Sərf etmək. Pulu qənaətlə işlətmək.
Cəm oluruq bir məclisə yüz nəfər; Işlədirik neçə batman çay, şəkər. Ə.Nəzmi. // İçmək, qəbul etmək, yaxud içmək və ya yemək kimi istifadə etmək. Sirkəni artıq işlədənin bədəni zəif olur. H.Zərdabi. [Professor:] Bu dərmanları vaxtında işlət.. Qantəmir.
Danışıqda, yazıda tətbiq etmək, istifadə etmək. Qəliz ibarələr işlətmək. - Hələ .. ruslar, polyaklar və qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər.. C.Məmmədquluzadə. [Səmirə:] Orta məktəbdə oxuyarkən bizim hamımızın işlətdiyi bu dəbdə bəzi ifadələr indi məndə parodiya təsiri buraxırdı. M.Hüseyn.
Adətən “qarnını” sözü ilə - ifraz prosesini qaydaya salmaq, yaxud əksinə, ayaqyoluna salmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....