Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İŞIQLIQ

is. 1. İşıqlı şeyin halı, işıqlanma dərəcəsi. Lampanın işıqlığı. // İşıq, parlaqlıq.
Adətən kənd evlərində, daxmalarda, pəyədə, tövlədə və s.-də işıq gəlmək üçün yer, balaca pəncərə. ..Daxmanın bir tayqanad qapısı, bir də divarın başında xırda bir işıqlığı vardı. S.Rəhimov.
məc. Maarif, mədəniyyət, elm, ürfan. İşıqlığa çıxmaq məc. - 1) maariflənmək, mədəniləşmək. Əziz balalar! ..Bizim qaranlıqdan işıqlığa çıxmağımıza mane olurdular. N.Nərimanov; 2) xoşbəxt olmaq, xoşbəxtliyə çıxmaq. İşıqlığa çıxasan (çıxasınız) - xoşbəxtlik, səadət, yaxşı gün arzusu. [İmran:] Ay səni görüm, işıqlığa çıxasan! M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....