Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İŞIQLI
sif 1. Güclü işıq verən, işıq saçan, işığı yaxşı olan, parlayan. Işıqlı lampa. - Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi. S.Hüseyn. Ay işıqlı, göy ulduzlu, yol aydın; Könlüm evi çıraqbandır bu gecə. R.Rza.
Yaxşı işıqlandırılmış, işıqla dolu, çox işıq düşən. Işıqlı otaq. Işıqlı salon. - Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının .. şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə. Mehriban .. uzun, işıqlı dəhliz ilə gedib sola döndü.. H.Seyidbəyli.
Şəffaf, parlayan, təmiz, ləkəsiz. Işıqlı şüşə. Işıqlı səma. - Xoşladığım bir gecə; yerlər, göylər işıqlı; Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. M.Müşfiq. Elə bil çayın suyu aya qədər ucalmaq, aydın səmanın işıqlı sifətini öz bulaşığına boyamaq istəyirdi. Ə.Vəliyev.
məc. Fərəhli, məsud, xoşbəxt. Işıqlı gələcək. Işıqlı günlər. - Bir işıqlı dünya var haqq-ədalət dünyası! Ə.Cəmil. // məc. Yaxşı, gözəl, nəcib. Həyatın işıqlı və qaranlıq cəhətləri.
məc. Açıq, aydın, parlaq (fikir, ağıl haqqında). [Zeyd:] Qeys işıqlı bir zəkadır, cəhalət ona məcnun damğası vurur. Ə.Məmmədxanlı.
□□ İşıqlı dünya - yaşadığımız dünya, aləm. Nağıllarda Simurq quşu qəhrəmanı qaranlıq dünyadan işıqlı dünyaya çıxarır. - Dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallı idi. Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü. A.Divanbəyoğlu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....