Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İŞĞAL
is. [ər.] Hər hansı bir dövlətin hərbi qüvvələri tərəfindən başqa dövlətin torpağının tutulması. Aprel işğalı. - Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, Iraq və iranlıların işğalı altında idi. M.S.Ordubadi. □ İşğal etmək
1) tutmaq, zorla soxulmaq. Özgənin torpaqlarını işğal etmək; 2) köhn. məşğul etmək. Əski xatirələr fikrimi işğal etmişdi. S.Hüseyn. Məcidin təbrik etməyi Nadiri bir az düşündürdüsə də, amma qəlbini işğal edən hissiyyatın bu tezliklə bu rəngə girməsinə .. əhəmiyyət vermədi. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla